Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“İstiqlalın Zərif İmzası: Fətəli xan Xoyski” adlı tədbir sərgi keçirildi +FOTO=11

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli sərəncamına əsasən, dekabrın 5-də saat 15:00-da Azərbaycan İstiqlal muzeyində  Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri, görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş “İstiqlalın Zərif İmzası: Fətəli xan Xoyski” adlı tədbir sərgi keçirildi.  
Tədbir çərçivəsində Azərbaycan İstiqlal Muzeyinin fondlarından, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin və filologiya üzrə fəlsəfə doktoru  Ədalət Tahirzadənin şəxsi arxivindən və Dövlət Arxiv Fondundan gətirilmiş 27 ədəd nadir  fotoşəkillər nümayiş etdirildi. Bu materiallar Xoyskinin siyasi irsinin, dövlət quruculuğu fəaliyyətinin və AXC dövrünün  tarixi reallıqlarının daha dərindən öyrənilməsi üçün mühüm mənbə rolunu oynayır. Tədbir zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa, Azərbaycan İstiqlal Muzeyinin müdiri Sədi Mirseyibli, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhməd və digərlərinin iştirakı ilə müzakirələr və Xoyskinin dövlətçilik irsinə həsr olunmuş elmi çıxışlar da təşkil olundu. Sərgi Fətəli xan Xoyskinin irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımı olmağla bərabər Azərbaycan dövlətçilik tarixinin vacib məqamlarını yenidən gündəmə qətirir. 
Tədbirdə BDU-in və ADPU-in tarix  fakültəsinin tələbələri, Milli Müdafiə Universitetinin nəzdində  Bakı Hərbi kollecinin hərbiyyəliləri və digər qonaqlar iştirak etdilər.  
Sərgi dekabr ayının 12-nə qədər davam edəcək.

Best coffeeshop in Berlin