İmmunitet sistemini qoruyan və xərçəngin qarşısını alan MEYVƏ
Həkim ərik yeməyi məsləhət görüb, çünki bu məhsulda təbii piqmentlər, karotenoidlər, həmçinin flavonoidlər və fenol var. Bu maddələr immunitet sistemini aktiv şəkildə dəstəkləyir və hətta bəzi xərçəng növlərinin qarşısının alınması vasitəsidir.
Həmçinin, ərik gənc dərini qoruya, mədə-bağırsaq traktının, ürəyin və görmə orqanlarının işini dəstəkləyə bilər.
“Ərikdə bitkini qoruyan karotenoidlər, flavonoidlər və fenol kimi təbii üzvi piqmentlərin yüksək konsentrasiyası var. Bu elementlər bədənimizə eyni təsir göstərir, immun sistemimizi dəstəkləyir və hətta xərçəngin bəzi formalarından qoruyur”, - deyə həkim izah edib.


