Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

19 yaşlı boksçumuz Sübhan Mamedov dünya çempionu olub 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişilər arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatına noyabrın 13-də baş tutan həlledici final döyüşləri ilə yekun vurulub. Həlledici döyüşlərin birində Azərbaycan millisin üzvü Sübhan Mamedov (48 kq) da rinqə çıxıb. O, çempionluq uğrunda son final görüşündə rusiyalı Edmond Xudoyanla qarşılaşıb. Boksçumuz özündən 10 yaş böyük olan rəqibini 4:3 hesabla məqlub edərək dünya çempionu adını qazanıb. Bununla da, o, ən gənc dünya çempionu kimi Azərbaycanin boks tarixinə düşüb. Yeri gəlmişkən, Sübhan Mamedov ötən ayın sonunda Budapeştdə (Macarıstan) 19 yaşlı boksçular (U-19) arasında keçirilən Avropa çempionatında da birinci yeri tutmuşdu. O, indi isə öz çəkisində planetin ən güclüsü olub. 

Xatırladaq ki, Subhandan öncə isə, daha iki boksçumuz - Alfonso Domunqes (90 kq) və Məhəmməd Abdullayev (+90 kq) çıxışını üçüncü yerdə bitirməklə dünya çempionatının bürünc medalını qazanıb.Bununla da Azərbaycan komandası mundiali biri qızıl, ikisi bürünc əyarlı olmaqla üç medalla (1-0-2) bitirib.

Yeri gəlmişkən, mundialın əsasnaməsinə uyğun olaraq, mükafat fondu 8 milyon dollar təşkil edən bu çempionatda hər çəki dərəcəsində ilk üç yeri tutan boksçu müvafiq olaraq, 300, 150 və 75 min dollar mükafat qazanıb. Beşinci yeri tutanlar isə 10 min dollara sahib çıxıblar. Bir məqamı da qeyd edək ki, boksçuların qazandıqları pulların yalnız 50 faizi təmiz onların özünə çatır. Qalan 50 faizin isə 25 faizi onun məşqçisinə, 25 faizi isə boksçunun təmsil etdiyi milli federasiyaya veriləcək.

Xatırladaq ki, ölkəmiz bu yarışa özbəkistanli mütəxəssis Ravşan Xocayevin rəhbərliyi altında 11 kişi boksçu ilə qatılmışdı.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin