ABL-da 9-turun oyunları keçirilib
11-14 dekabr günlərində kişi basketbol klublarının mübarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) qruplar ("A" və "B") üzrə 9-cu turun oyunları keçirilib. Turda keçirilməsi nəzərdə tutulan 6 oyundan yalnız biri - "Sabah" - "Gəncə" matçı təxirə salınıb. Buna səbəb isə ölkə çempionu adını daşıyan "Sabah"ın 16 dekabrda Çempionlar Liqasının qrup oyunları çərçivəsində Almaniyada yerli "Alba" klubuna qarşı keçirəcəyi oyun olub. Turun baş tutan oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"A" qrupunda:
"NTD Baku" - "Şəki" - 93:79;
"Abşeron Lions" - "Neftçi" - 88:72.
"B" qrupunda:
"Lənkəran" - "Quba" - 87:95;
"Naxçıvan" - "Sərhədçi" - 90:74;
"Sumqayıt" - "Ordu" - 86:106.
Hazırda qruplar üzrə komandaların turnir vəziyyəti belədir:
"A" qrupu: 1. Abşeron Lions - 17 xal (9 oyun), 2. Sabah - 16 (8), 3. Gəncə - 12 (8), 4. Neftçi - 10 (8), 5. Şəki - 10 (8), 6. NTD Baku - 10 (8).
"B" qrupu: 1. Ordu - 18 xal (9 oyun), 2. Naxçıvan - 16 (9), 3. Quba - 13 (9), 4. Lənkəran - 12 (9), 5. Sumqayıt - 11 (9), 6. Sərhədçi - 11 (9).
Qeyd edək ki, ABL-da sayca 10-cu olan növbəti turun oyunları 18-21 dekabr günlərində olacaq.
İNTİQAM Məmmədov


