Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tariyel Azərtürk:

Sənətkar alimin hər bir kitabı dövlətin ali mükafatlarına layiq əsərlərdir

Azərbaycan Respublikasının Prezidenti

Əlahəzrət İLHAM ƏLİYEV Cənablarına

Tariyel Azərtürk (Əliyev)

Çox Hörmətli Cənab Prezident,

Sizə ünvanladığım bu məktubla məqsədim diqqətinizi peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq, Əməkdar mədəniyyət işçisi, Fransa, Malta, Rumıniya, Yerusəlim, BƏƏ Kulinariya Assosiasiyalarının fəxri üzvü, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) Prezidenti, tarix üzrə fəlsəfə doktoru, Şöhrət ordenli Tahir Əmiraslanovun kulinariya sahəsində son illərdə dünya səviyyəli uğurlarına yönəltməkdir.

T. Əmiraslanovun öz sahəsində Beynəlxalq səviyyələrdə tanınmış mütəxəssis olduğu faktı barədə Vikipediyadakı tərcümeyi-halında kifayət qədər geniş məlumat verilib.

Oxuduğuma görə, bu ilin 27-30-u noyabrında Səudiyyə Ərəbistanının Ər. Riyad şəhərində “Qurman Dünya Yemək Kitabı Mükafatı Təşkilatı”nın 30 illik Yubileyinə dəvət almış AMKA orada dörd kitabı ilə təmsil olunmuşdur. Bu kitablardan üçü Qərbi Azərbaycan mətbəxinə aid kitablar hələ 2020- ci ildə Parisdə birincilik qazanmışdır.

Ar Riyad sərgisində Azərbaycan kulinarları aşağıdakı kitablarla çıxış etmişlər:

1. İrəvan xanlığı bölgə mətbəxi, Bakı, TEAS Press 2020, 477 səh.,

Azərbaycanca; 2021 -ci ildə Parisdə birinci olub

2. Regional cuisine of the Iravan Khanate, Baku. TEAS Press, 2025,

455 p. In English

3. Qərbi Azərbaycanın şirin İnciləri, Bakı, NERO Mətbəəsi, 2024,

Azərbaycanca və ingiliscə, 216 səh

4. Qarabağ mətbəxinin inciləri - Жемчужины карабахской

кухни, Bakı, İNDİQO Mətbəəsi, 2022, Azərbaycanca və rusca,

451 səh.

5. XIX əsr İrəvan mətbəxi, Bakı, RAF poliqraf 2017 mətbəəsi, 2025,

208 səh., Azərbaycanca

Sonuncu, "XIX əsr İrəvan mətbəxi" kitabı Ər Riyadda keçirilən “Tarixi qədim Qurman kitabı” nominasiyasında birinci yeri qazanıb.

Mükafatı təsdiqləyən sertifikat (surəti verilir), müəllifi təbrik edərək ümumi işi bu cür təqdim edir:

“Təbriklər, Cənab Tahir Əmiraslanov və Azərbaycan Milli Kulinariya Assosiasiyası, "XİX-cu əsrin İrəvan mətbəxi" kitabı ilə, siz, irəvanlı aşpaz Əliqulu Zeynalovun tarixi əlyazması əsasında diqqətlə sənədləşdirilmiş və fotoşəkilləri çəkilmiş reseptlər vasitəsilə Qərbi Azərbaycanın zəngin kulinariya irsini qoruyursunuz. Tarixi, coğrafi və etnoqrafik anlayışları birləşdirərək, siz, Azərbaycanın mətbəx ənənələrini təqdim edir və lavaş və dolmanın UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilməsi kimi mühüm hadisə fonunda digər təamlarınızı da beynəlxalq səviyyədə tanıdırsınız.”

Bu, Qurman dünyasının görülən işə verdiyi real dəyərdir, Hörmətli Prezident. Bu, müəllifin Sizin Qərbi Azərbaycana qayıdışla çağrışlarınıza verdiyi çox böyük tövhədir.

Beşinci dəfədir ki, Dr. Tahir Əmiraslanov bu yüksək mükafata layiq görülür. Milli kimliyimizi və tarixi həqiqətlərimizi təbliğ edib onları dünya boyu qəbul etdirir.

Məlumdur ki, adı çəkilən təşkilat kitabın birinciliyi üçün pul mükafatı vermir.

Kökü gil lövhələr dövrünə söykənən çox qədim və zəngin Azərbaycan Mətbəxinin öyrənilməsi, klassifikasiyalara vardırılması, ərazilərə, tarixi dövrlərə, ayrı-ayrı bölgələrimizdəki min illiklərin ənənələrinə diqqətlə yanaşıb hər şeyi öz güçünə və biliyinə görə araşdıran Dr. Tahir Əmiraslanov Azərbaycan dövlətinin diqqət mərkəzində olmağa layiq mütəxəssisdir, hər sözü, hər işi məntiqə söykənən zəkalı alimdir.

O, yeni İnformatıv qida nəzəriyyəsinin əsasını qoyan mütəxəssisdir.

Təkcə Azərbaycan kulinariya ədəbiyyatı üçün deyil, dünya səviyyəsində innovativ sayılacaq temaların müəllifidir:

"Mətbəx və musiqi", "Mətbəx və rəqslər", "Mətbəx və arxeologiya", "Qidanın psixofizioloji təsiri", "Din və qida", "Qida və tarix", "Qida və siyasət", "Qida və sağlamlıq", "Qida və mədəniyyət" və s. istiqamətlərdə yeni nəzəriyyə, original təkliflər və metodların çarçısıdır.

Mənim 30 ildən çoxdur ki, gil yazılı mətnləri türkcə tərcümələrim Tahir müəllimin diqqətindədir və daima 5-6 minillik mətbəx məlumatları ilə maraqlanır, tapılan ən kiçik detallara ürəkdən sevinir. Onları yeni ədəbiyyatda təzələyir.

O, qədim Azərbaycan xörəklərinin, şirniyyatlarının yorulmaz arxeoloqudur, onların dərinliyinə enən deyərdim, əfsanəvi tədqiqatçıdır. Onun fəallığı sayəsində bizim zəngin mətbəximiz dünya kulinariya səmasında özünəməxsus uçuş yolu tapıb, tapır.

Təsadüfi deyil ki, onun milli mətbəxə aid əsərləri beynəlxalq səviyyədə ən çeşidli nominasiyalarda beş dəfə ən yüksək mükafata layiq görülüb. Lakin hələ heç bir əsərinə və beynəlxalq mükafatlara görə ona zənnimcə ölkədə "sağ ol" deyən olmayıb.

Nəzərə almaq lazımdır ki, bütün bu əsərlərin təqdimatı və qazanılan mükafatlar - maddi-mənəvi dəyərlərimizi oğurlayıb öz adına çıxan və saxtakarlığı beynəlxalq tədbirlərdə özünün "halal malı" kimi tanıtdırmağa səy göstərən və çox vaxt buna nail olan sorucu qonşuların mətbəx təamlarımız uğrunda kəskin mübarizələr fonunda keçir.

Dr. Əmiraslanov həm də düşmənlə təkbaşına əsil milli mücadilə apararaq, öz əməyi və yazıb ortaya qoyduğu, sənədləşdirdiyi Azərbaycan mənşəli xörəklər olduğunu sübuta yetirən əsərləri ilə düşməni tərkisilah edir, beynəlxalq sərgilərdə onu pat vəziyyətinə salır.

Sənətkar alimin ağır zəhmətinin, illərlə axtarışlarının sayəsində ərsəyə gətirdiyi tədqiqat əsəri olan hər bir kitabı dövlətin ali mükafatlarına və şəxsən Sizin diqqətinizə layiq əsərlərdir,

Hörmətli Cənab Prezident.

Ən ülvi səmimiyyətimlə,

Tariyel Azərtürk

Biokimya və Pedaqogika doktoru

Şumerologiya, Etruskologiya və Türkologiya Mərkəzinin rəhbəri

Mixi yazılı mətnlərin və Etrusk dilinin türkcə olduğuna həsr edilmiş

üç dildə və beş ölkədə nəşr olunmuş 27 sanballı kitabın müəllifi

SİETL, ABŞ.

 

Asif Merzili  

Tahir müəllim həqiqətən də çox fədakar işlər görüb...

 

Tariyel Azerturk

Asif Merzili Eşq olsun Fəal jurnalistə, gözəl, diqqətli Dosta.

Mümkünsə bunu qəzetəndə ver getsin, hörmətli dost.

Bəlkə sizin qəzet vasitəsilə xəbərin ucu Cənab Prezidentə çata...

Əvvəlcədən təşəkkürlərimlə.

(Məndən təşəkkürlər,

Tahir müəllimdən bir yaxşı Şah- və ya Gəncə-Xan plovu qonaqlığı)...

 

Əli Nəcəfoqlu

Hörmətli Tarıyel müəllim siz bir ziyalı ağsaqqal kimi irəli sürdüyünüz təqdimant çox bəyəndim dəyirli təşəbüsdür. Əmiraslan müəllimin tədqiqat əsərləri milli kulinariyamızın geniş inkişaf etməsində son 30 ildə mühüm rol oynayıb., xüsusilə ermənilərin bizim milli xörəklərimizin mətbəximizdən oğurlayıb adlarına çıxmalarının qarşısını alıb.Sizə el ağsaqqalı bir alim kimi etdiyiniz təqdimata görə mən də bir vətəndaş kimi təşəkkür edirəm Allah sizi qorusun. Kaş sizin kimi qədirbilən ağsaqqallarımız çox olaydı.

 

Tarix Nezerli

Atalar yaxşı deyib çörəyi ver çorək çyə birini də üstəlik. Kulinariya , mətbəx hır hansı bir xalqın onun tarixində və kimliyində mühüm yer tutan və onun kimliyini təyin edən əsas amillərdən biridir. Dili kimi, geyimi kimi , mıdəniyyəti kimi.Tahir müəllim sizin sadaladığınız bütün bu keyfiyyətlərə malik və layiq adamdır. Onun bu yolda zəhməti danılmazdır.Cox təəssüflər olsun ki, bizim kulinariya kimi məsul bir sahəyə naşı və işinə səthi yanaşanlar rəhbərlik edir

 

Tahir Amiraslanov

Dəyərli Tariyel müəllim. Mənim əməyimə verdiyiniz yüksək qiymətə görə təşəkkür edirəm.

Əslində bu təriflər , bu dərin və rəhmətlik Ulu Öndərin dili ilə desək “ ən qədim və rəngarəng mətbəx”i yaradan gözəl , qədim millətimizə aiddir.

Mən olsa -olsa bu millətin güzgüsü olmağa çalışmışam.

Sizin gördüyünüz işlərin , tədqiqatların masştabının yanında mənim etdiklərim çox az görünür.

Var olun!

 

Mayis Abuşlu

Tahir Müəllim elə bir Kişidir ki, məni əyani tanımadan sosial feyzbuk şəbəkəsində mənim xahişimi nəzərə alaraq qızımın kulinariya həvəsinin rüşvətsiz peşə litseyini oxuyaraq bacarığlı bir ustalığı öyrənməsinə səbəb olmuşdur. Tahir Müəllim həmişə xoşbəxt olasınız

 

Аббасгулу Наджафзаде

Əzizim, "Dədə Qorqud" ləqəbli Tarıyel bəy! Elimizin ağsaqqalı kimi təklifləriniz ürəyimizcəndir. Tahir Əmiraslanovun milli kulinariya sahəsindəki elmi araşdırmaları həm mətbəximizi təbliğ edir, həm də nankor qonşularımızın qarşısına sipər çəkir. Tarıyel bəy, kaş məktubunuz ölkəmizin Prezidenti İlham Əliyev cənablarına yetişəydi. Bildiyimə görə, belə məktubları məktublar şöbəsində Fərəh Əliyevaya ötürürlər. O da belə məzmunda olan məktublara biganə qalır. Necə ki, üç il əvvəl cənab Prezident İlham Əliyevə məktub ünvanlamışdım, öyrəndim, dedilər, məktubun Fərəh Əliyevadadır. Hələ də məktuba cavab vermir. Deyə bilmir ki, yazdıqların yalandır. Ona görə də cavab vermir. Məktublar şöbəsində struktur dəyişilməli, ya da Prezidentə ünvanlanan məktublara xüsusi komissiya nəzarət etməlidir. Yoxsa Fərəh Əliyeva çox at oynadacaq.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin