Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Musiqi terapiyası:
Səsin toxunuşu” adlı konsert baş tutdu.

13 dekabr tarixində Kamera və Orqan Musiqisi Zalında abonement konsertləri çərçivəsində təqdim olunan “Musiqi terapiyası: Səsin toxunuşu” adlı konsert baş tutdu. Fərqli konsepsiyası və dərin məzmunu ilə seçilən bu tədbir klassik konsert çərçivəsindən kənara çıxaraq, səsin insan ruhuna toxunan incə təsirini ön plana çəkdi.
Konsert boyunca sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aynur İsgəndərova hər bir ifadan öncə çıxış edərək musiqi terapiyasının mahiyyəti, müxtəlif alətlərin insan psixologiyasına və emosional dünyasına təsiri barədə dinləyicilərlə dəyərli fikirlərini bölüşdü. 

Proqramda Əşrəf Abbasovun “Heyran olmuşam”, Fikrət Əmirovun “Lirik rəqs”, Tofiq Quliyevin “Ləzginka”, Fərhad Bədəlbəylinin “Dəniz”, Astor Piazzollanın “Café 1930”, Frédéric Chopinin “Noktürn №2” (op. 9), Scott Joplinin “Ragtime”, Cesare Cesarinini “Firenze sogna”, Jules Massenetin “Meditasiya” əsəri, eləcə də Vaja Azaraşvilinin “Noktürn” əsəri səsləndi. Klassik və müasir musiqi nümunələrinin bu incə sintezi konsert proqramına xüsusi ahəng və fəlsəfi dərinlik bəxş etdi.

Musiqi terapiyası tədbirində Əyyub Əliyev (violonçel), Elina İsmət (violin), Rəfiqə Quluzadə (piano), Nərgiz Əliyeva (fleyta), Şəhla Əlizadə (arfa), Nurcan Rzayeva (piano), Zərif Kərimova (piano), Ərtoğrul Balayev (piano), Aylin Hüseynzadə (piano), Fidan İslamova (piano), Talıb İsgəndərli (bariton), Ömər Əlizadə (bariton), Əzizə Məhərrəmova (soprano) dinləyicilər qarşısında çıxış edərək musiqinin duyğusal təsirini yüksək peşəkarlıqla təqdim etdilər.

Bu konsert bir daha sübut etdi ki, musiqi yalnız səslərdən ibarət deyil — o, insanın daxili dünyasına toxunan, ruhu sakitləşdirən və düşüncələri işıqlandıran güclü bir terapiyadır. “Musiqi terapiyası: Səsin toxunuşu” adlı bu proqram dinləyicilərin yaddaşında uzun müddət qalacaq mənəvi bir musiqi təcrübəsinə çevrildi.

 

RU __________________________________________


13 декабря в Зале Камерной и Органной Музыки состоялся концерт «Музыкотерапия: прикосновение звука»

13 декабря в Зале Камерной и Органной Музыки в рамках абонементных концертов прошёл необычный и глубокий по содержанию концерт «Музыкотерапия: прикосновение звука».Этот концерт, отличающийся своей оригинальной концепцией, вышел за рамки традиционной концертной программы, подчеркнув тонкое и целительное воздействие звука на человеческую душу.

В течение всего концерта доктор философии по искусствоведению Айнур Искендерова выступала перед слушателями перед каждой композицией, делясь ценными мыслями о сути музыкотерапии, а также о влиянии различных музыкальных инструментов на психологическое и эмоциональное состояние человека.
В концертную программу вошли произведения азербайджанских и зарубежных композиторов: «Heyran olmuşam» Ашрафа Аббасова, «Lirik rəqs» Фикрета Эмирава, «Лезгинка»Тофика Кулиева, «Dəniz» Фархада Бадалбейли, «Café 1930» Астора Пьяццоллы, Ноктюрн No.2, op.9 Фредерика Шопена, «Ragtime» Скотта Джоплина, «Firenze sogna» Чезаре Чезарини, «Méditation» Жюля Массне, а также «Ноктюрн» Важи Азарашвили. Сочетание классических и современных музыкальных образцов придало программe особую гармонию и философскую глубину.

В концерте приняли участие замечательные исполнители: Эйюб Алиев (виолончель), Элина Исмет (скрипка), Рафига Гулузаде (фортепиано), Наргиз Алиева (флейта), Шехла Ализада (арфа), Нурджан Рзаева (фортепиано), Зариф Керимова (фортепиано), Эртогрул Балаев (фортепиано), Айлин Гусейнзаде (фортепиано), Фидан Исламова (фортепиано), Талыб Искендерли (баритон), Омар Ализада (баритон), Азиза Махаррамова (сопрано). Все исполнители продемонстрировали высокий профессионализм и глубокое эмоциональное восприятие музыкального материала.

Best coffeeshop in Berlin