Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağacan Abıyev turnirinə start verilib 

Dünən Bakı Boks Mərkəzində "Əməkdar bədən tərbiyəsi və İdman xadimi", "Əməkdar Elm xadimi", "Şöhrət", "Şərəf" və  birinci dərəcəli "Vətənə xidmətə görə" ordenli, professor Ağacan Abıyevin şərəfinə yeniyetmələr arasında boks üzrə birinci respublika turnirinə start verilib. Azərbaycan Boks Federasiyası və Bakı şəhər Gənclər İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 8 komandanı (MOİK, Dinamo, AHİTA, Neftçi İC, Təhsil RİM, Sumqayıt, Gəncə və Qızıl Əlcək İK) təmsil edən 100-dək boksçu medallar uğrunda mübarizəyə qatılıb. Turnirə dekabrın 19-da yekun vurulacaq. 

Reqlamentə görə, hər çəkidə ilk 3 yeri tutan boksçu müvafiq olaraq, medal, diplom və hədiyyələrlə təltif olunacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin