Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məktəbli öz qanını içdikdən sonra xəstəxanaya yerləşdirildi

Rusiyanın Moskva şəhərindən olan bir yeniyetmə hemoglobin səviyyəsini qaldırmaq cəhdi uğursuz olduqdan sonra xəstəxanaya yerləşdirilib.

17 yaşlı gənc müəllifin öz qanını içməklə hemoglobin səviyyəsini artıra biləcəyini iddia etdiyi TikTok videosuna baxıb.

Gənc oğlan məsləhətə əməl edib, lakin qısa müddət sonra vəziyyəti pisləşib. Qan qusmağa başlayıb və temperaturu yüksəlib.

Nəticədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər azyaşlını xilas edə biliblər. Tibb işçiləri ilə söhbətində xəstə hadisənin səbəbini izah edib.

Best coffeeshop in Berlin