Aydın Can:
Suad “Məhsəti Gəncəvi” və əxlaq haqqında bir neçə cümlə
Hə-ə, əziz Oxucu, həmən irada can atmayın ki, Azərbaycan Tarixində Suad “Məhsəti Gəncəvi” yoxdur, var Suad Qarayeva-Maleki, var Mənicə bint-Abdulla Mah-Məsti – Məhsəti Gəncəvi!
Elə bilirsiniz Sizin qədər də bilmirəm yəni?
Bilirəm, amma Suad ilə Məhsəti Gəncəvi arasında heç bir ayırdedici durğu işarəsi ona görə yoxdur ki, Suad Qarayeva-Maleki bir qısametrajlı film çəkməklə bəyan etmək istəyib ki, o... fars xanədanına ruhən-cismən bağlıdır - həm faktiki nikahla, həm də əqli-ideoloji kursuyla! Ona görə də düşünməyin yeri var ki, Suad bu filmlə, əslində, Məhsəti Gəncəvini aşağılamaq və ya ayrı cür təqdim etmək fikrində olmayıb, sadəcə, istəyib ki, biz və farslar, Azərbaycan və İran bilsin ki, Məhsəti Gəncəvi Suad Qarayeva-Malekinin obrazında təcəlla edib. Qız... zatən də rahibə deyil, eşq, məclis, zövq, eyş-işrət insanı, bir sözlə, hal əhlidir – böyüdüyü ailənin maddi imkanları hesabına belə performans edir!
Ancaq mən film və onu araya-ərsəyə gətirən, müəllif və rejissor, ideya və təqdimat tərəflərinə qətiyyən yaxın getməm! Nəmə lazım, ağa!?
Mən, sadəcə, yazılan bütün rəylərin üstündən CƏMİ BİR TƏKLİF verirəm HÖRMƏTLİ Suad Qarayeva-Maleki xanıma.
Əziz Suad xanım, sizin nəyinizə lazım idi axı Məhsəti Gəncəvinin Sultan Səncərlə, Gəncə xətibinin oğlu Əmir Əhmədlə olan “aşk-maşk” tərəfini çözmək, elə TARİXİ ARAŞDIRICI yanğınız vardı, mənə deyərdiniz, dəqiq ünvan göstərərdim. Əvvəla ona görə ki, Məhsəti Gəncəvinin Sultan Səncərlə və Gəncə xətibinin oğlu Əmir Əhmədlə “aşk-maşk” prosesini təsdiqləyən DNK testləri belə... çürüyüb! Nə kişi, nə də qadın cinsiyyət üzvlərindən nəsə qopub qalmayıb olmayan qəbirlərində, üstəlik də tərəf-müqabillərdən HEÇ BİRİNİN Azərbaycan Tarixinə, Mədəniyyətinə, Ədəbiyyatına qəti ziyanı olmayıb.
Ziyanlı olan həm Sizin Atanızın, həm də sizin Atanızın sələfləri və xələfləri dövründə baş verənlərdir!
BELƏ Kİ: Kinoteatrlar satılıb və o satanlara dəstək olan satqın jurnalistlər ya “Tərəqqi” medalı alıb, ya da deputat mandatı!
Fəxri adlara təqdimat yazan Atanız və Atanızın sələfləri-xələfləri elə adamlara “xalq artisti” adı verdiriblər ki, onlardan biri şəxsən etiraf edib: “Mən kim idim ki? Küçədə taksidə s...evişən qəhbə!”
Atanızın və Atanızın sələflərinin-xələflərinin kurasiyasında olan Azərbaycan Yazıçılar Birliyində elə qəhbələrə ad, ev veriblər ki, heç Sultan Səncər və Gəncə xətibinin oğlu Əmir Əhməd o qələti etməyib!
Amma və lakin... Sultan Səncərin və Əmir Əhmədin sevgilisi olub da sarayda gün görən Məhsəti Gəncəvi, ən azından, şeir, musiqi, şahmat məktəbləri açıb!
Bizdə isə, bildiyiniz kimi, əksinədir: “Məhsəti Gəncəvi”lərə dövlətin olanını verirlər, xalqın olanını talayır və bağlatdırırlar, həmkarlarının haqqını yeyirlər!
Mənə toxunan isə, bizim ağıllı və savadlı saydığımız birinin “Məhsəti xanım Müqəddəs Məryəm və Həzrəti Fatimə olmayıb, "azad ruhlu qadın" olub, - deyərək, nəinki “azad ruhlu” qadın, hətta Azərbaycanda seksin ağla gələn və gəlməyən bütün növ və pozaları ilə həm real həyatda, həm də virtualda ölkəni dəhşətə gətirən birinin “Məhsəti”sini müzakirəyə təklif etməsidir!
Bəli, mənim fikrimdir: kiminsə fahişə olması onun istedadını inkar etmir!
Adam, yaxşı, Məhsəti Gəncəviyə şam tutmamısan, görməmisən, şəxsən onunla yataqda sekslə məşğul olmamısan, ancaq Suadın onu “azad ruhlu” qadın çıxarmasına etiraz edənlərə estetik tərəfdən baxmağa dəvət edirsən, fəqət bütün Azərbaycanın "fahişələrin fahişəsi" kimi tanıdığını NÜMUNƏ TƏKLİF EDİRSƏN – Məhsəti Gəncəvini evə çağırıb, “işini” görüb, “gedəndə açarı qoy, gələn olacaq” demək şanşı yoxdur, ancaq “Məhsəti”nin müəllifinə "partnyor" olmaq imkanı hələ qalır, eləmi?
Elə Suad da qoy Məhsəti Gəncəvini YARADICILIĞI, İCTİMAİ FAYDALI XİDMƏTLƏRİ ilə təqdim edəydi də!!!
Fars... bizim ali olanlara iddia edir, hamısını fars çıxarır, indi bir Suad ilə sən qalmışdınız qoşulasınız İran xor kapellasına?
Axı İran xor kapellası yalan deyir – erməni kimi, rus kimi, fars olaraq!!!
Sizə nə düşüb?
Belə tarix araşdıran, dəyərləndirənsiniz, “xalq artisti”, “xalq yazıçısı”, “xalq şairəsi” adı verilən müasir “Sultan Səncər”in, “Gəncə xətibinin oğlu Əmir Əhməd”in qəhbələrini tanıdın da – Məhsəti Gəncəvi heç bir ziyan vurmayıb, axı indikilər məhz ədəbiyyata, kinoya qəhbə kimi gəlir və ALİ TİTULla mükafatlandırılır!
Nə isə...
Suad xanım üçün təklifim:
1973-1978-ci illərdə Azərbaycan Xarici Dillər İnstitutunda bir qrupda 24 oğlan, 1 qız oxuyur. O qız qrupdakı 23 oğlanla PULSUZ seks yapır, yalnız 1 qrup yoldaşına pulla s...evdirir!
İnstitutu bitirəndən sonra 24 qrup yoldaşından 23-nə pulsuz s...evdirən həmin o qızı... onu pulla qayıran oğlan alır, arvad edir!
Başqa halda bunu fakt kimi sizə yazmazdım – həmin o cütlük, yəni müasir “Sultan Səncər”-“Gəncə xətibinin oğlu Əmir Əhməd” həmin o “Məhsəti Gəncəvi” ilə Azərbaycan mədəniyyətinə, Azərbaycan ədəbiyyatına ÇOOX BÖYÜK ZİYANLAR vurub!
“Məhsəti Gəncəvi” filminə Vüsal Məmmədov demişkən, heç olmasa, estetik tərəfdən yanaşmaq variantı var, amma axtarsanız, tapacağınız müasir “Məhsəti Gəncəvi”ylə əri-oynaşı “Sultan Səncər-Əmir Əhməd” haqqında çəkəcəyiniz filmə heç cür baxmaq olmaz – ƏSL QADAĞAN OLUNASI FİLM KİMİ hakim-yaradıcı cütlükdür!
VƏ BİR DƏ:
Nəhayət ki, son qoymaq lazımdır – folklordan, dastanlardan, tarixi olaylardan OBRAZ olaraq QƏHRƏMANA çevrilənləri, RƏSMİ STATUSDA olanları qəhbə çıxarmaq kampaniyası!
Milli vizit vərəqi olanlarımızı, əsasən də qadınlarımızı qəhbə çıxarmağa o adamlar girişir ki, onlar qəhbə Krupskayadan, qəhbə Roza Lüksemburqdan, qəhbə Janna dö Arkdan dissertasiya müdafiə edib alim diplomu alan "ziyalı"ların – heyzdən əmələ gələn, nənələri qəhbənin qəhbəsi olanlardır!
Buna son qoymaq lazımdır!
VƏ BİRDƏFƏLİK BİLMƏK LAZIMDIR: kiminsə Qəhbə olması onun istedadlı və peşəkar olmağını inkar etmir!
Fəqət MİLLİ ATRİBUTLAR, DƏYƏRLƏR SİSTEMİmizdə həm də QEYRƏTLİ olmaq üstünlüyümüz var!
Neyləyək, istedadından, peşəkarlığından, vətənə, dövlətə faydalı olmağından vaz keçib, gedib “olvis-ultra” olmayan vaxtlarda çit əski və ya tənziflə paçasını tutan qadınlarımızın budlarının arasında eşələnək? Başqa yöndən təqdimat bacarığımız yoxdur?
Bir də ki... adama deməzlərmi: ay “vaginaqurdu”, adam “aşk-maşk” yaşamağa gedəndə öz vaginasını aparıb da, sənin, yoxsa ananın, bacının, qızının amını aparıb?
Ədəbiyyat, Mədəniyyət, İncəsənət, hətta Siyasət təmsilçiləri də xüsusi bir canfəşanlıqla İnsanların, əlahiddə olaraq da, Dövlətə, Xalqa Faydalı, Tarix üçün qiymətli Ünvanların özəl həyatlarına dil uzadır! Hələ biri var, özəl telekanallarda Turandan danışır. Bir-biri ilə evlənən adamlar bir-birinin yanında soyunur, bu Turan qurmaqdan danışan “amqurdu” bir cütlük üçün “siyasi gəlinlik” biçir, “gərdək sağdış-soldış”lığı edir, “sərpayı” tapır, “elçilik ağsaqqalları”nı təqdim edir, biri də buna demir ki, adam, adamın pulu, nüfuzu vardı, gənclik illərindən tanıyırdı, indi imkan düşmüşdü, gözünün qurdunu öldürmüşdü, neyləyəydi, yoldaşı vəfat edəndən sonra sənin ananlamı evlənəydi? Ay adam, sənin anan qadın, sən də oğul olaraq adamın... zövqünə uyğun olmayıbsınız da!
Niyə adamı məcbur edirsiniz ki, bildiyimiz bir çox şeyləri açıq yazaq!? Niyə mənim Ramiz Mehdiyev istintaqa cəlb edilən günlərdə yazdığıma cavab vermirsiniz? Məgər rus FSB-sinin, ya V.V.Putinin başqa təsir rıçaqı yoxdur Azərbaycanda? 2000-ci ilə qədər – 20 yanvar, 26 fevral və daha 18 qara təqvim günləri olanda V.V.Putin vardı? Rusiya Federasiyası və FSB vardı! Bir də Ramiz Mehdiyev!
Adam bu qədər “amqurdu” olmaz da!
Bitməyəcəkmi bu ölkədə penis, vagina istintaqı?
Axı AR Cinayət Məcəlləsində və sair hüquqi aktlarda penis-vagina istintaq predmeti deyil! Bir tək zorlamadan başqa! Adam, adam ananımı-bacınımı zorlayıb, düşmüsən penisinin dalınca, mümkün ola biləcəyi hər yeri nişan verirsən ki, filan-filan yerlərdə olub, spermasından nümunə götürün, analizinin nəticəsini deyin, görüm bizimkiləri o zorlayıb, ya yox?! Öz xalqının marka olan övladlarının əleyhinə bu qədər qəsd-qərəzlə ancaq və ancaq anasını-bacısını zorlamaqda şübhəli bilən adam çıxış edə bilər! Tənqidin də, təhdidin də, şantajın da bir həddi olar ya!
Nə deyəsən e – 9 əsr əvvəl yaşamış qadınını qəhbə (“azad ruhlu” da yaza bilərdim, amma bunların məqsədi o deyil axı!!!) çıxarmağa girişən ziyalısı, siyasətçisi, rejissoru, ssenaristi, şairi-yazıçısı olan dönəmdəyik!
Ala, ağəz, azzz, bəsdirin də!!!
Əvvəl-əvvəl öyrənin görün atanızla ananız, nənənizlə babanız kimdir, sonra bir barmaq tuşlayın, dil uzadın da bə!!!
Ibrahim Mehdi
Telekanalların populyarlaşdırdığı bir şou şortusunun- "ərimdən boşanmışam, həyatımda başqası var" -deyən birisinə dil uzada bilməyən qeyrət dağarcıqları təhqir etdiyi tarixi şəxsiyyətlərin nəsil davamçısının olmadığına, bu səbəbdən ona kimsənin cavab verməyəcəyinə tam əmin olduğuna görə, xalqın soyuna, keçmişinə, onun yaradıcı klassiklərinə nifrətlə dil uzadıb aşağılamağa cəhd edənlərin sayı getdikcə artmaqdadır.
Ötən əsrin 60-70-ci illərinin ədəbi- tənqidinin, onun parlaq nümayəndələri olan ədəbiyyatşünasların, tənqidçilərin, araşdırmaçıların varlığı dövründə kimsə cəsarət edib belə hədyanları nə yaza, nə də danışa bilməzdilər. İndi sayı çox, sanbalı yox "ziyalılar"ın başı mənafe mübarizəsinə qarışdığından tarixi şəxsiyyətlərimiz, el qəhrəmanlarımız, saxta ittihamlarla,əsassız uydurmalarla aşağılanır, üzərlərinə kölgə salınır...
Təşəkkürlər, Aydın Can!
Азиза Байрамова
Aydın Can, yazınız çox əsəbi olsa da, çox gözəl alınıb! 18+ ilk dəfədi məni əsəbləşdirmədi:))). İndinin "azad ruhlularının" qarşısında əyilib xanım, anam, möhtərəm deyənlər, siz demiş "çürümüş", izi-tozu qalmayan xəyali yataqların çirkini yalamaqla gündəmə gəlmək arzusundadılar çox yəqinki. Amma yazı sosşəbəkədən uzaq düşən birində şok effekti yaradır:)))
Alish Avez
Var ol, Aydın! Eşq olsun! Ürəyimdən xəbər verirsən. Bu nədi ee… Başlayıblar Şah İsmayıl belədi, Məhsəti elədi, Nizami elə-belədi, Babək də elə və s. Bütün bu cəfənglər xalqın qürurunu təhqirdir. Əsrlər boyu bu şəxsiyyətlər millətin hafizəsində seçilib, ələnib, sevilib. Sevilib! Əks halda bu baş verməzdi.İndi ortaya düşən bir-iki gədə-güdə, qancıq-mancıq, istər deputat olsun, istər jurnalist istərsə də o söz … bu həqiqəti anlamırlar, bilmirlər?!
Yaxşı bilirıər, sadəcə desək, ıçlərindəki eşşəyi, ayını çıxsaq, onlar gizli düşmənlərdir. Bu cür cəfəngləri yayan mətbuat rəhbərləri də onlardan geri qalmırlar! Cəmiyyət onlarla mübarizə aparmalıdır!
Celal Almemmedov
Bu qədər cilpaqliğıyla eşitməli olduqları sözü açıq aydın çatdırırsan bu anası göycəklərə, nə əcəb hələ sağsan Aydın abı?
Maslahat Mehdi
Özlərinin kimliyini və məramlarını açıqlayıblar...
Gulaga Aga-Zade
Bu bir şedevr!!! Şedevr müəllifi isə indən sonra bir neçə yeni 1000 səhvəlik kitab yazmalı məsuliyyətlisi, hökumətdən isə onu tanıtmalı olacaq fəxri ada və digər paylara, tamaha və bunlar üçün tuzaq qurub marıtlayan müasir bir qrup dəstələr kimi genetik kodu olmayan bir BÖYÜK DÜŞÜNCƏ, QÜRUR, ETİBAR SAHİBİ OLAN GENETİK İSTEDADLI ƏSİL AZƏRBAYCANLI JURNALİSTİ !!!
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.


