Türkiyədən Rusiya və Ukraynaya XƏBƏRDARLIQ
Türkiyə Müdafiə Nazirliyi Rusiya və Ukraynanı Qara dənizdə təhlükəsizlik məsələsində daha ehtiyatlı olmağa çağırıb.
Nazirliyin açıqlamasında deyilir: "Ukrayna ilə Rusiya arasında davam edən müharibə səbəbindən həmkarlarımıza Qara dənizdə təhlükəsizliyə mənfi təsir göstərə biləcək hadisələrlə bağlı daha ehtiyatlı olmağa çağırılıb".
Xatırladaq ki, 15 dekabrda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarələri Qara dəniz üzərində Türkiyə hava məkanı yaxınlığında bir PUA-nı vurub.


