Nobel mükafatı laureatı Nəcib Məhfuzun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi (FOTO=52)
18.12.2025-ci il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində XX əsr müasir ərəb ədəbiyyatının ən tanınmış simalarından biri, tanınmış roman ustası, dramaturq, ssenarist, Nobel mükafatına layiq görülmüş ilk ərəb yazıçısı Nəcib Məhfuzun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Prof.Dr.Tarek Mohammad qonaqları salamlamış, dəvəti qəbul edib gəldikləri üçün onlara təşəkkürünü bildirmişdir.
Daha sonra Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Houssam Eldine Reda çıxış etmiş, tədbir iştirakçılarını salamlamış və Nəcib Məhfuzun doğum günündə qonaqları görməkdən çox böyük məmnunluq duyduğunu qeyd etmişdir. Cənab səfir belə bir tədbirin təşkili üçün təşəkkürünü bildirmişdir.
Cənab Houssam Eldine Reda qeyd etmişdir ki, Nəcib Məhfuz müasir ərəb ədəbiyyatının ən parlaq ulduzudur. Misir ədəbiyyatının oxucularına təqdim edilməsi, əvəzsiz tərcüməçilərin zəhməti və sözləri canlı şəkillərə çevirən kino vasitəsilə, mədəniyyətlərarası ən yüksək dialoq formasını təcəssüm etdirir. Nəcib Məhfuzun əsərlərini milyonlarla insanlara çatdıran Misir kinosu da insan ruhunu oxşayan təsirli hekayələrin danışdırılması əənənəsində Azərbaycan kinosu ilə eyni cəhətə malikdir.
Tədbirdə rejissor Şamil Əliyev çıxış edərək, Nəcib Məhfuzun "Oğru və it" romanı əsasında çəkdiyi "Etriaf" filmi ilə bağlı xatirələrini bölüşüb. Nəcib Məhfuzun həyat və yaradıcılığına həsr olunmuş tədbirdə Azərbaycan Dillər Universitetinin (ADU) Şeyx Zayed adına Ərəb dili Auditoriyasının müdiri, azərbaycanlı alim Ülviyyə Hüseynova, şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova, AMEA-nın kiçik elmi işçisi Hülya Aslanova, Dövlət Tərcümə Mərkəzinin beynəlxalq əlaqələr və tərcümə işinin təşkili idarəsinin rəisi Fərid Camalov çıxış etmişlər.
Tədbirdə Bakı Avrasiya Universiteti və Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin Ərəb dili ixtisası üzrə ibirinci və dördüncü kurs tələbələri də iştirak etmişdir.
Daha sonra səfir cənab Houssam Eldine Reda qonaqlara xatirə hədiyyələri təqdim etmişdir.
Sonda Nəcib Məhfuzun həyat və yaracılığından bəhs edən film nümayiş olundu.
Fotolar: Mahir Əhmədov
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: +99450 554 34 23


