Azərbaycan UEFA əmsal cədvəlində Sloveniya və Slovakiyaya yol verib
Azərbaycan UEFA əmsal cədvəlində iki pillə geriləyib.
Bu, UEFA Konfrans Liqasının əsas mərhələsinin 6-cı turunun oyunlarından sonra baş verib.
Son turdan sonra Sloveniya 22.843 xalla 26-cı yerə, Slovakiya isə 22.375 xalla 27-ci yerə yüksəlib. Bu arada, Azərbaycan 22.250 xalla 28-ci yerə düşüb.
Qeyd etmək lazımdır ki, İngiltərə 103.658 xalla cədvələ başçılıq edir.


