Qarabağ Zəfərinin 5 illiyinə həsr olunmuş Ümumrespublika Seminarı keçirilib +FOTO=30
Bugün Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə ilin yekunlarına dair Qarabağ Zəfərinin 5 illiyinə həsr olunmuş Ümumrespublika Seminarı keçirilmişdir.
Seminarda müxtəlif yaş və çəki dərəcələrindən olan uşaq, yeniyetmə, gənc və veteran idmançılar iştirak etmişdir.
Seminar Azərbaycanda Braziliya Ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənovun rəhbərliyi ilə keçirilmişdir. İdmançılar Taleh Həsənov tərəfindən attestasiya imtahanından keçərək müxtəlif dərəcələrdə kəmərlər almışlar.
Seminarda açılış sözü ilə çıxış edən İctimai Birliyin təsisçisi, I Qarabağ Müharibəsi iştirakçısı Taleh Həsənov Birliyin fəaliyyət planına tariximizin şanlı Zəfər günlərinə həsr olunmuş silsilə seminar və tədbirlərin daxil olmasının verdiyi qürur hissindən məmnunluğunu ifadə etmiş, xalqımıza, idmançılarımıza daim müvəffəq olmağı arzu etmişdir.
Birliyin həmtəsisçisi Vüsal Həsənov da çıxışı zamanı şanlı zəfər tarixinin fonunda tariximizin, keçmişin unudulmamasının və daim təbliğ edilməsinin, dəyərlərimizə sadiq qalmağın əhəmiyyətini vurğulamışdır.
Daha sonra İctimai Birliyin prezidenti Aqil Acalov öz çıxışında müasir tariximizin ən şərəfli səhifələrinə çevrilən II Qarabağ Müharibəsindən danışmış və orada qəhrəmanlıq göstərən idmançılarımızın və bütün qəhrəman oğullarımızın mübarizə əzminin yetişməkdə olan gənc nəslə ən vacib örnək olduğunu vurğulamışdır.
İctimai Birliyin sədri Fuad Kərimov da öz çıxışında idmançılara uğurlar arzu etmiş, onların ölkə gənclərinin həm fiziki, həm mənəvi sağlamlığında verdiyi tövhələrin vacibliyindən söz açmışdır.
Seminarın sonunda imtahandan keçən idmançılar layiq görüldükləri kəmərə dərəcələri ilə mükafatlandırımışlar.
Fotolar: Rüstəm İsmayılov
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: +99477 737 75 76


