Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

17 yaşlı cüdoçuların komanda yarışına yekun vurulub

Xırdalandakı "Abşeron" Olimpiya İdman Kompleksində 17 yaşlı cüdoçular arasında keçirilən Azərbaycan çempionatında fərdi yarışların ardından komanda yarışlarına da yekun vurulub. ACF-dən verilən məlumata görə, oğlanların yarışında 8, qızlarda isə 7 komanda mübarizə aparıb. 

Oğlanların komanda yarışında qalib adını Bakı Şəhəri 2 saylı RİOEUGİM qazanıb. İkinci yeri Bakı şəhəri 13 nömrəli İOEUGİM, üçüncü yerisə Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ və "Judo Club 2020" turun.

Qızların analoji yarışı isə Bakı şəhəri 13 nömrəli İOEUGİM-in qələbəsi ilə başa çatıb. İkinci yeri Bakı şəhəri RKİM turub. İlk üçlüyü isə Sumqayıt 2 nömrəli UGİSM və "Judo Club 2012" tamamlayıb.

Yeri gəlmişkən, 25-28 dekabr günlərində isə eyni məkanda 14 yaşlı cüdoçularin Azərbaycan birinciliyi keçiriləcək. Birincilikdə 98 klubu təmsil edən 423 (321 oqlan və 102 qız) cüdoçu 18 çəki dərəcəsində çıxış edəcək. İlk üç gündə fərdi, son gündə isə komanda yarışları olacaq

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin