Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xaçatryan xəstəxanaya yerləşdirilib: vəziyyəti ağırdır

Xəstəxanaya yerləşdirilən Vaqif Xaçatryana ağır aorta və mitral stenozu, dekompensasiya olunmuş ürək və tənəffüs çatışmazlığı və ağciyər ödemi diaqnozu qoyulub.

Onun vəziyyəti hazırda həyati təhlükə yaratmır, lakin həkimlər vəziyyətinin hələ də ağır olduğunu bildirirlər.

Ədliyyə Nazirliyinin məlumatına görə, 70 yaşlı məhkumun səhhəti 22 dekabr 2025-ci ildə pisləşib, onda nəfəs darlığı və ürək ağrısı yaranıb.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndində törədilən soyqırımda iştirak etməkdə ittiham olunan Vaqif Xaçatryana Yasamal Rayon Məhkəməsi tərəfindən 15 il həbs cəzası verilib.

Best coffeeshop in Berlin