Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Voleybolçuların ölkə çempionatında ilin son oyunları keçirilib 

Qadın və kişilərdən ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında üçüncü turdan təxirə salınan iki oyun keçirilib. 2025-ci ilin son iki oyunun birində kişilərdən ibarət "Xilasedici" ilə "AZERRAİL" klubu qarşılaşıb. Oyun birincinin qələbəsi ilə bitib - 3:1 (23:25, 25:21, 25:18, 25:22).

Digər oyunda isə qadın "Milli Aviasiya Akademiyası" klubu "Abşeron"la üzləşib. Cütün qalibi "akademiklər" olublar - 3:0 (25:19, 25:18, 25:21). 

Bununla da klublar qış tətilinə buraxılıblar. 

Hazırda həm kişilərin, həm də qadınların çempionatında turnir cədvəli aşağıdakı kimidir:

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin