Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Mədəniyyətlərarası körpü" adlı sərginin açılışı baş tutdu (FOTO=114)

24.12.2025-ci il tarixində  Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Mədəniyyətlərarası körpü" adlı sərgi keçirilib.

Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hossam Eldin Reda sərginin açılışını etdi.

Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri nümayiş etdirildi. Səfir Hossam Eldin Reda sərgidə əməyi keçən sənət adamlarını yüksək dəyərləndirmiş,  belə sərgilərin keçirilməsinin xalqlar arasında dostluq əlaqələrini daha da möhkəmləndirməsini vurğulamışdır.

Sonda cənab Hossam Eldin Reda və mərkəzin müdiri Prof.Dr. Tarek Mohammad tədbir iştirakçıları ilə bir araya gəlməkdən məmnunluğunu ifadə etmiş, böyük təəssüratlar əldə etdiyini bildirmişlər.

Sonra Mərkəz tərəfindən rəssamlara təşəkkürnamələr təqdim olundu.

Fotolar: Mahir Əhmədov

* bu reportajda olan fotoları sifariş ermək üçün 
+99450 554 34 23 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz

** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99450 554 34 23

 

Best coffeeshop in Berlin