Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubiley mərasimi keçirilib +FOTO=7
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 25 dekabr 2025-ci il tarixində 90 yaşı tamam olur. Bu münasibətlə Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2025-ci il tarixli Sərəncamına əsasən Səməd Vurğunun ev-muzeyində 23 dekabr 2025-ci il tarixində yubiley mərasimi keçirilib.
Tədbirdə ədəbiyyat və elm xadimləri, eləcə də mədəniyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Yusif Səmədoğlunun Azərbaycan ədəbiyyatında müstəqil düşüncəsi, dərin fəlsəfi baxışı və cəsarətli yaradıcılığı ilə seçilən sənətkar olduğunu vurğulayıblar. Qeyd edilib ki, onun əsərləri milli-mənəvi dəyərlərə söykənən, insanın daxili aləmini ustalıqla əks etdirən qiymətli ədəbi irs olmaqla yanaşı, bu gün də aktuallığını qoruyur və gələcək nəsillər üçün mühüm ədəbi məktəbdir.
Çıxış edənlər:
Vurğun Vəkilov – Səməd Vurğunun ev-muzeyinin direktoru;
Aygün Bağırlı – Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent;
Vaqif Yusifli - filologiya elmləri doktoru;
Məti Osmanoğlu - Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllimi.
Tədbirin bədii hissəsində Vurğun Vəkilov və Ümidə Abasova Fritz Kreislerin əsərlərini səsləndirib.


