Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə taekvondoçuların ölkə birinciliyi başlayıb

Dekabrın 24-də Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Kompleksində yeniyetmə və gənc taekvondoçuların Azərbaycan birinciliyinə və böyüklərin ( kişi və qadınlar) seçmə xarakterli ölkə çempionatına start verilib.

ATF-dən verilən məlumata görə, dekabrın 27-dək davam edəcək bu yarışların ilk günü yeniyetmə idmançılar dayanq üzərinə çıxaraq öz bacarıqlarını nümayiş etdiriblər. İlk olaraq, oğlanlar arasında 45, 55, 68, 78 və +78 kq, qizlar isə +59 və +68 kq çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.

Qeyd edək ki, yarışların təntənəli açılış mərasimi dekabrın 26-da saat 14:00-da baş tutacaq. Yarışlara dekabrın 27-də böyüklərin çıxışı ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin