ETİHİ Respublika Komitəsinin Masallıda regional görüşü
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi Lənkəran-Astara regionu üzrə ilk həmkarlar ittifaqı təşkilatları ilə regional görüş keçirib.
Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, sədrin müşaviri Vüsal Əliyev, komitənin məsul əməkdaşları və Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad rayonlarından ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.
Görüşdə əmək münasibətlərinin tənzimlənməsi, həmkarlar ittifaqlarının təhsil müəssisələrində rolu, ilk təşkilatlarla əlaqələrin gücləndirilməsi və dəstək mexanizmləri müzakirə olunub. Sosial müdafiə və işçi hüquqlarının qorunması istiqamətində görülən işlər təqdim edilib, səsləndirilən təkliflər qeydə alınıb.
Akif AĞAYEV


