Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qatarların qarşısına 54 dəfə qəfil heyvan çıxıb

Bu il Azərbaycanda dəmir yollarında qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AZpress.AZ-a verilən məlumata görə, nəzarətsiz buraxılmış mal-qaranın dəmir yoluna çıxması ilə qatara ciddi zərər dəyir və heyvan tələf olur.

“Bu cür halların baş verməməsi və cərimələnməmək üçün heyvanlara istisnasız nəzarət edilməlidir. Milli sərvətimiz olan dəmir yollarını qorumaq hamımızın öhdəliyidir”, - məlumatda qeyd olunub.

Best coffeeshop in Berlin