Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı

Dekabr ayının 27-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi.Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra qeyd elədi ki, artıq ağrılı-acılı, xoş günləri ilə yaddaşlarda qalan 2025-çi ilin son günlərini yaşayırıq. Bir neçə gündən sonra yeni gələn ilə-2026-cı ilə qədəm qoyacayıq. Lilpar xanım, təzə gələn ilin, hər bir vətənini sevən Azərbaycanlı üçün uğurlu il olmasını arzuladı və sözü Azərbaycan Yazıçılar Birliyininin üzvü, tanınmış bəstəkar, bir "Divan" müəllifi, ustad şair Hüseyn Sözlüyə verdi. Hüseyn Sözlü məclisə xeyir-duasını verdikdən sonra, belə məclislərin gənc şairlərin inkişafında xüsusi əhəmiyyət daşıyacağından danışdı, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdi. Əslən Qarabağın dilbər güşəsi olan Ağdamda doğulub, böyüyən Vahid Çəmənliyə söz verildi. O da "Çeşmə"nin əhəmiyyətindən danışıb, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdi. Sonra söz şairə Ziyafət Tovuzluya verildi. O da "Çeşmə" Ədəbi Məslusinin gənclərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edib, məclis rəhbərinə gələcək işlərində uğurlar arzuladı, tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi və axırda şeirlərindən bir neçəsini səsləndirdi. Məclisdə "Xarı Bülbül" jurnalının təsisçisi, yazıçı Camafər Əliyeva da iştirak elədi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.

Best coffeeshop in Berlin