Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçuların kata yarışı keçirilib 

28 dekabr günü "Abşeron" Olimpiya İdman Kompleksində (Xırdalan) cudonun kara növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi, böyüklər arasında isə Azərbaycan çempionatı keçirilib.

ACF-dən verilən məlumata görə, birgünlük yarış Beynəlxalq Cüdo Federasiyasının (İJF) kata qaydaları və hakimlik standartları əsasında təşkil edilib. Yarış iştirakçıları katanın iki versiyasında - "Tori" və "Uke"-də bacarıqlarını nümayiş etdiriblər.

Yeniyetmələr arasında Sadiq Abdullayev ("Tori") və Rəcəb Nəzirov ("Uke") ölkə çempionu olub.

Gənclərin yarısında Famil Əsədov ("Tori") və Yusif Əhmədov ("Uke") birinci yeri tutub.

Böyüklər arasında isə Çingiz Əhmədovla ("Tori") Seymur Mecidli ("Uke") çempion adını qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin