Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İdmanın inkişafı dövlət prioritetidir

 

26 dekabr 2025-ci il tarixində Prezident İlham Əliyev idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir. Dövlət başçısı son illərdə idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, ölkədə müasir idman infrastrukturu yaradılmış, Olimpiya İdman Kompleksləri demək olar ki, bütün regionları əhatə etmişdir. Prezident Azərbaycan idmançılarının beynəlxalq arenalarda, o cümlədən Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalları xalqımızın böyük qürur mənbəyi adlandırmışdır.İdmançıların uğurlarının arxasında isə peşəkar məşqçilərin, federasiyaların və valideynlərin böyük zəhmətinin dayandığını xüsusi vurğulamışdır. Gənclərin idmana cəlb edilməsinin sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynadığını qeyd edərək, bu istiqamətdə görülən işlərin davam etdiriləcəyini bildirmişdir. Dövlət başçısı idman sahəsinə göstərilən maddi-texniki və sosial dəstəyin gələcəkdə daha da artırılacağını söyləmişdir.
Prezident İlham Əliyev çıxışının sonunda idmançıları, məşqçiləri və idman ictimaiyyətini əldə olunan uğurlar münasibətilə təbrik etmiş, onlara yeni qələbələr arzulamışdır. O, Azərbaycanın idman ölkəsi kimi beynəlxalq nüfuzunun bundan sonra da yüksələcəyinə əminliyini ifadə etmişdir.

 

Səyavuş Feyruzlu,
Masallı rayonu, Hişkədər kəndi.

 

Best coffeeshop in Berlin