Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dövlət Mahnı Teatrında musiqili-əyləncəli tamaşa keçirildi +FOTO=66

Hər il olduğu kimi, bu il də “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsi öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli və maraqlı yeni il tamaşası ilə qarşıladı.

26 dekabr tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il”ə həsr olunmuş musiqili-əyləncəli tamaşa keçirilmişdir.

Tamaşada "Teatr sənəti" dərnəyinin gənc üzvləri müxtəlif obrazlarla çıxış etmişdir. Onların səhnəsində Şahzadə və Xilaskarlar əcinələrə qalib gələrək "Yeni il" bayramını qeyd etmiş, bununla da xeyrin şər üzərində qələbəsi tamaşaçılara təqdim olunmuşdur. Qəhrəmanlar vasitəsilə uşaqlara ədalət, birlik və həmrəylik kimi dəyərlər aşılanmışdır.

“Təbəssüm Uşaq Musiqili Teatrı”nın  gənc üzvləri  nağıl, cizgi filmi   müxtəlif obrazları əhatə edən, eləcə də milli rəqs elementləri ilə zəngin rəngarəng rəqs nömrələri təqdim edilmişdir. Kiçik tamaşaçıları salamlayan bu çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanmış, onlarda xoş  bayram əhval-ruhiyyəsi yaratmışdır.
“Yeni il” yeni ümidlər, arzular və hədəflər deməkdir.

Fotolar: Rüstəm İsmayılov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: +99477 737 75 76

Best coffeeshop in Berlin