Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Neftçi" VK səfərdə "Xilasedici"ni, "MAA" isə evdə "Gənclər"i məğlub edib 

Dünən həm kişilərdən, həm də qadınlardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında oyunlar keçirilib. Kişilər arasında 9-cu tur çərçivəsində "Xilasedici" - "Neftçi" qarşılaşması baş tutub. FHN-in idman zalında baş tutan və tay-brekə qədər uzanan oyunda qələbəyə sevinən qonaq komanda olub - 2:3 (25:22, 25:17, 22:25, 23:25, 15:17).
Eyni gündə "Milli Aviasiya Akademiyası" klubunun idman zalında eyniadlı komanda ilə "Gənclər" arasında 7-ci turdan təxirə salınan oyun keçirilib. Qarşılaşma ev sahibinin qələbəsi ilə bitib - 3:0.
Qadınlar arasında isə 8-ci turdan təxirə salınan "AZERRAİL" - "ORDU" görüşü keçirilib. Oyun ikincinin qələbəsi ilə başa çatıb - 1:3.
Bu gün isə kişilər arasında daha bir oyun keçiriləcək. "Gənclər klubu "Murov Az Terminal"la qarşılaşacaq.
İNTİQAM Məmmədov 
Best coffeeshop in Berlin