Prezident şəhid ailələri və müharibə əlilləri ilə bağlı sərəncam imzaladı
Müstəqilliyin və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı əlilliyi olan şəxslər və şəhid ailələrinin mənzil, fərdi ev, reabilitasiya vasitələri və xidmətləri ilə təmin edilməsi tədbirlərinin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi müddəti 2029-cu ilədək uzadılıb.
AZpress.AZ xəbər verir ki, Prezident İlham Əliyev “Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə, eləcə də reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təmin edilməsi tədbirləri 2022–2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçiriləcək.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



