Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçuların ölkə çempionatı başlayıb

Yanvarın 23-də Bakı Boks Mərkəzində kişi və qadınlar arasında seçmə xarakterli Azərbaycan çempionatına start verilib. Yerli vaxtla saat 12:00-da çempionatın açılış mərasimi olub. 12:30-da isə rinq döyüşləri başlayıb. ABF-dən verilən məlumata görə yanvarın 28-dək davam edəcək bu çempionatda 33 müxtəlif idman təşkilatlarını təmsil edən 166 dəri əlcək ustası medallar uğrunda mübarizəyə qatılıb. Yeri gəlmişkən, kişilər arasında 10, qadınlarda isə 5 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşəcək. Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan boksçu ölkə yığma komandasının düşərgəsinə cəlb ediləcək. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin