Yeniyetmə cüdoçuların seçim turniri keçiriləcək
7-8 fevral günlərində Sumqayıt Olimpiya İdman Kompleksində 17 yaşlı (U-17) cüdoçular arasında iki mərhələdən ibarət olan "İstedadların seçimi" turniri keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, iki gün davam edəcək turnirdə 73 idman klubunu təmsil edən 346 (300 oqlan və 46 qız) cüdoçu 14 çəki dərəcəsində mübarizə aparacaq.
Turnirin keçirilməsində əsas məqsəd milli komandaların alt bazasının formalaşdırılması, yiqmaya namizəd olan prespektivli idmançıların seçilməsidir.
Qeyd: "İstedadlarin seçimi" turniri 2 turdan ibarətdir. Reqlamentə görə, iki turdan sonra cüdoçuların reytinq cədvəli tərtib ediləcək. Hər çəkidə ilk 4 yeri tutan idmanci "Gənclərin Ümidləri" toplanışına cəlb ediləcək.
İNTİQAM Məmmədov


