Gəncədə ilk çempionlar bəlli olub
Fevralın 9-da Gəncə Olimpiya İdman Kompleksində 17 yaşlı (U-17) yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına start verilib. "MyGroup" Holdinqin baş sponsorluğu və "AzerGold" şirkətinin fəxri sponsorluğu ilə keçirilən bu yarışın ilk günü çəkisi 45, 51, 60, 71 və 92 kq olan klassiklər döşək üzərinə çıxaraq medallar uğrunda mübarizə aparıblar. Çempionatın ikinci günü isə bu çəkilərdə həlledici final görüşləri keçirilib və qaliblər bəlli olub.
AGF-dən verilən məlumata görə, 45 kq-da Əli Cavadlı (UGİM-2), 51 kq çəkidə Abdurrahman Hüseynli (ROİL, Neftçi), 60 kq-da Elmir Çərkəzov (ROİL, Neftçi), 71 kq çəki dərəcəsində Nadir Həsənov (UGİM-2) və 92 kq-da Zöhrab Səfərov (Neftçi) ölkə çempionu olub.
Sabah isə klassiklər arasında daha 5 çəkidə çempionlar müəyyənləşəcək.
İNTİQAM Məmmədov


