Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hazırki ölkə çempionu Rauf Məmmədov mübarizəni davam etdirəcək

U-20 dünya çempionatının qalibi Gövhər Beydullayeva isə çempionatla erkən vidalaşıb 

"Landmark" Biznes Mərkəzində kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında bu gün baş tutan tay-brek oyunlardan sonra 1/8 finala yekun vurulub. Tay-brekdə üç oyun keçirilib ki, onlardan da ikisində kişilər, birindəsə qadınlar qarşılaşıb. Kişilərin yarışında ötənilki ölkə çempionu və reytinq göstəricilərinə görə ikinci olan Rauf Məmmədov tay-brekdə gənc zəka sahibi Şiroqlan Talıbovu, daha təcrübəli Nicat Abbasov isə Xaqan Əhmədovu üstələyərək adını 1/4 finalçılar sırasına yazdırıb. 

Qadınların tay-brek görüşündə isə U-20 dünya çempionu Gövhər Beydullayeva Nərmin Abdinovayla bacarmayıb və bununla da çempionatla erkən vidalaşıb.

Fevralın 14-də çempionatda 1/4 final mərhələyə start veriləcək. Oyunlar saat 15:00-da başlanacaq. 

Çempionata fevralın 22-də yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin