"Gəncə" BK ikinci dəfə ölkə kubokunu qazanıb
Kişi basketbol klublarının mübarizə apardığı Azərbaycan Kubokuna fevralın 22-də Baki İdman Sarayında baş tutan həlledici final oyunu ilə yekun vurulub. Finalda ölkə kubokunun ikiqat qalibi "Gəncə" BK (baş məşqçi Xəlil Atlı) ilə Azərbaycan çempionu adını daşıyan və ilk dəfə kubok yarışının finalına yüksələn "Sabah" (baş məşqçi Rimas Kurtinaytes) qarşılaşıb. Olduqca dramatik məcrada davam edən qarşılaşma "Gəncə"nin 7 xal fərqli qələbəsi ilə başa çatıb - 89:82 (26:21, 15:28, 15:16, 33:17).
Hesabdan da göründüyü kimi ilk hissə "Gəncə"nin üstünlüyü (26:21) ilə keçsə də, ikinci hissə "Sabah"in fəallığıyla keçib (15:28) və ümumi hesabda irəli çıxıb - 41:49. Böyük fasilədən sonra oyun azca üstünlüklə də olsa, "Sabah"ın xeyrinə (15:16) bilməklə ümumi hesab - 56:65 olub. Qarşılaşmada dördüncü hissə həlledici olub. Belə ki, son hissədə təşəbbüsü ələ alan "Gəncə" hissəni 33:17 hesabla bitirməklə ümumi hesabı öz xeyrinə dəyişib - 89:82.
Bununla da "Gəncə" BK 2023-cu ildəki uğuruna yenidən imza ataraq ölkə kubokunun ikiqat qalibi olub.
Matçın ən yaxşı oyuncusu adına isə dəqiq atışları ilə özünün və komandasının aktivinə 19 xal yazdıran "Gəncə"nin legioneri Carvis Qarrett layiq görülüb və xüsusi mükafat qazanıb.
"Gəncə" BK isə qalib olaraq 25 min manat pul mükafatına sahib olub.
İNTİQAM Məmmədov


