Qızlardan ibarət U-18 voleybol millimiz Avro-2026-nın təsnifat mərhələsində mübarizə aparacaq
27-29 mart günlərində İspaniyada 18 yaşlı (U-18) qızlar arasında voleybol üzrə Avro-2026-nın ikinci təsnifat mərhələsinin qrup oyunları keçiriləcək. Həmin turnirdə baş məşqçisi turkiyəli mutəxəssis Şahin Çatma olan Azərbaycan millisi də iştirak edəcək.
AVF-dən verilən məlumata görə, millimiz "C" qrupunda İspaniya, Estoniya və Hollandiya komandası ilə qarşılaşacaq.
Turnirdə 20 komanda 5 qrupda mübarizə aparacaq. Reqlamentə görə, qrup liderleri Avro-2026-nin finalına vəsiqə qazanacaqlar.
Yığmamızın iştirakı ilə keçiriləcək oyunların təqvimi belədir:
27 mart:
Estoniya - Hollandiya (20:00);
Azərbaycan - İspaniya (22:30);
28 mart:
Hollandiya - Azərbaycan (20:00);
İspaniya - Estoniya (22:30);
29 mart:
Azərbaycan - Estoniya (20:00);
İspaniya - Hollandiya (22:30).
İNTİQAM Məmmədov


