Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Daşkənddə Azərbaycan finalı 

Əhməd Yusifov  ilk dəfə  "Böyük Dəbilqən"nin qalibi olub 

Bu gün Özbəkistanin paytaxtı Daşkənddə böyüklər (kişi və qadınlar) arasında cüdo üzrə reytinq xarakterli "Böyük Dəbilqə" turnirinə start verilib. Turnirin start günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, yiqmamiz ilk günü biri qızıl, digəri gümüş əyarlı olmaqla iki medalla başa vurub. Ən maraqlısı odur ki, Asiya qitəsində Azərbaycan finalı baş tutub

 60 kq çəki dərəcəsində çempionluq görüşünə Əhməd Yusifov ilə Balabəy Ağayev çıxıb. Görüş Yusifovun qələbəsi ilə bitib. Balabəy Aqayevdən Fərqli olaraq, bu onun "Böyük Bebilqə" turnirində ilk çempionluq qələbəsi olub.

Beləliklə, ilk gündən sonra, Azərbaycan iki medalla komanda hesabında Yaponiyadan sonra ikinci pillədə yer alıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin