Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc boksçularımız lisenziya turnirinə qatılacaqlar

8-15 mart ayında Taylandın paytaxtı Bonqkokda gənc boksçular arasında Olimpiya Təsnifat Turniri keçiriləcək.

ABF-dən verilən məlumata görə, gənclərin Seneqalda keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunlarına lisenziya verən Bonqkok turnirində Azərbaycan boksçuları da iştirak edəcəklər. Ölkəmiz turnirə ikisi zərif cinsdən olmaqla 6 idmançı ilə qatılacaq. 

Qeyd edək ki, baş məşqçisi Elburus Rzayev olan o\lanlardan ibarət komandanın heyətində Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Toqrul Quliyev (60 kq) və Şahin Aslanov (65 kq), baş məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi gənc qızlar komandasının heyətində isə Gülər Hüseynova (48 kq) və Əminə Taqi (51 kq) cütlüyü yer alıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin