Üzgüçülərimiz Kutaisidə 8 nəfərlə 47 medal qazanıblar
Gürcüstanın Kutaisi şəhərində üzgüçülük üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı "Kutaisi Açıq Yaz Kuboku-2026" turnirinə yekun vurulub. Turnir Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, yarışa 8 idmançı ilə qatılan Azərbaycan yığması Vətənə 47 medalla dönüb.
Azərbaycan Su İdmanı Federasiyasından verilən məlumata görə, idmançılarımız arasında ən yaxşı nəticəni Anastasiya Qnusina göstərib. O, müxtəlif üsullarla və müxtəlif məsafələrə üzməkdə 7-si qızıl, 4-u gümüş əyarlı olmaqla 11 medal qazanıb. Digər təmsilçilərimizə gəlincə, Fərhad Şirməmmədov 8 (3-4-1), Süleyman İsmayılzadə 5 (3-1-1), Mehri Əbdürəhmanli 7 (2-5-1), Sofiya Səmədova 6 (2-3-1), Mehdi Muxtarlı 3 (1-1-1), Yusif Sofiyev 6 (0-2-4), Arif Tapdıqov isə 1 (0-0-1) medal qazanıb.
İNTİQAM Məmmədov


