Diqqət! Amerikanın yeni sehrli silahı İranı iflic etdi!
İranda və Ukraynada döyüş meydanlarında ucuz İran kamikadze dronlarının – Şahedlərin, əsas təhlükəyə çevrildiyi bir vaxtda, Pentaqon bu problemin "sehrli həllini" tapıb. İsrail kəşfiyyatına yaxın mənbələrin məlumatına görə, ABŞ hərbçiləri onlarla pilotsuz uçuş aparatını saniyələr ərzində sıradan çıxarmağa qadir olan yüksək güclü mikrodalğalı silahın (HPM) uğurlu sınaqlarını keçiriblər.
Nəticə heyranedicidir!!! Son sınaqlar zamanı sistem bir dalğa ilə 61 hədəf-drondan 49-nu zərərsizləşdirib. Bu, sadəcə növbəti bir silah növü deyil, müasir müdafiə konsepsiyasının köklü şəkildə dəyişməsidir.
Raket və ya mərmilərə arxalanan klassik hava hücumundan müdafiə sistemlərindən fərqli olaraq, yeni qurğu yönləndirilmiş elektromaqnit impulslarından istifadə edir. İş prinsipi "sinir sisteminin yandırılmasını" xatırladır: ani yüklənmə baş verir, ardınca isə güclü impuls dronun gövdəsinə nüfuz edərək onun elektron sxemlərində həddindən artıq gərginlik yaradır.


