"Sabah"ın U-18 komandası Gənclər Çempionlar Liqasında tarix yazıb
Bosniya və Herseqovinanın Laktoşi şəhərindəki "SD Laktoşi Arena"da 18 yaşlı oğlanlar arasında basketbol üzrə Gənclər Çempionlar Liqası turniri keçirilir. Turnirdə "Sabah"ın U-18 komandası da daxil olmaqla, 12 komanda 4 qrupda mübarizə aparır.
ABF-dən verilən məlumata görə, ilk turda "Gokea" klubuna 58:88 (12::22, 17:28, 14:24, 15:14) hesabla məqlub olan "Sabah" ikinci tur çərçivəsində Almaniyanın "Porsche BBA Lüdviqsburq" klubuna qalib gəlib - 72:61 (11:13, 15:12, 20:17, 26:19).
Reqlamentə görə, qrup liderleri yarımfinalda (1-4-cu yerlər), qrup ikinciləri 5-8-ci, qrup sonuncuları isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaq.
İNTİQAM Məmmədov


