Müctəba Xamenei sağdır, amma yaralıdır - ABŞ-ın müharibə naziri
ABŞ-ın hərbi naziri Pit Heqset İranın Ali Lideri Ayətullah Müctəba Xameneinin vəziyyəti ilə bağlı yeni məlumat verib.
AZpress.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Pit Heqsetin sözlərinə görə, Müctəba Xamenei sağdır, lakin "yaralı və eybəcər haldadır”.
Heqset Xameneinin vəziyyəti barədə jurnalistin sualına cavab olaraq deyib:
"Onun sağ olduğuna inanılır, amma yaralı və eybəcər hala düşüb. Vəziyyəti eyni olaraq qalır".
Heqset əvvəllər dəfələrlə Ayətullah Xameneinin yaralı olduğunu bildirib, İran isə bunu inkar edir.


