Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şanlı Zəfərimiz “Kitablar səltənətinin incisi”nə daxil oldu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı Nüşabə Məmmədlinin böyük Zəfərimizə həsr olunan “Zəfər zənguləsi” romanı təqdim olunur.
Yazıçı, publisist, “Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, Q.R.Derjavin ordeninin mükafatçısı Nüşabə Məmmədlinin 44 günlük Vətən müharibəsinə, Azərbaycan Ordusunun qısamüddətli antiterror əməliyyatının birinci ildönümünə və Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün birinci ildönümünə həsr olunmuş “Zəfər zəngüləsi” romanında baş verən hadisələr real tarixi faktlara əsaslanır. Bütöv Qarabağ sevgisi ilə yaşayan hər bir azərbaycanlı kimi yazıçı Nüşabə Məmmədli Vətənə olan böyük eşqindən, günahsız tökülən qanlardan, dağıdılan kənd və şəhərlərdən, heç bir vəhşiliyə sığmayan, insanlıqdan payı olmayan mənfur ermənilərin törətdiklərindən haqqa tapınaraq “Zəfər zənguləsi” romanını yazmaq üçün yaddaşını, xatirələrini səfərbər edib onu ərsəyə gətirdi. 
Romanı oxuyarkən insan dəhşətə gəlir. Erməni xisləti heç bir ədəbiyyatda, filmdə bu qədər çılpaq verilməyib.  Bir millətin daxili dünyası nə qədər qara ola bilərmiş! Kitabsevərlərə təqdim olunan əsərdə qeyd olunur ki, Vətən üçün qanından, canından keçən, arzularını Azərbaycan uğruna basdırıb şəhidlik zirvəsinə ucalan oğullarımız, alnıaçıq, üzüağ, bir çoxları geri əlil dönən qazi qardaşlarımız, əsirlikdə məşəqqətli, əzablı illər keçirib az sayda sağ qalan insanlarımız, öz xalqını dəmir yumruq kimi bir yerə toplayan sərkədəmiz – Ali Baş Komandan və onun igid əsgərləri bu torpaqlarımızı azad etdilər. 
Romanda Vətən müharibəsi və antiterror əməliyyatının qəhrəmanları haqqında maraqlı məlumatlar, döyüş səhnələri, əsgər və zabitlərimizin igidliyi, qorxmazlığı təsvir olunur. 
Yazıçı Şahzadə İldırım hazırladığı videoçarxda izləyicilərə “Zəfər zənguləsi” romanı haqqında məlumat verir, yazıçı Nüşabə Məmmədli isə əsərinin “Can bazarı” fəslindən bir parça səsləndirir. 
Videoçarx aşağıdakı keçiddə təqdim olunur: 

Best coffeeshop in Berlin
https://youtu.be/5g5AXWrgLyA