Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Akademiklərimiz" İtaliyada 2 medal qazanıblar

İtaliyada akademik avarçəkmə üzrə "Paole De d'Aloya" xatirə turniri keçirilib. Turnirdə Azərbaycan üç idmançı ilə təmsil olunub. "Akademiklərimiz" turnirdə uqurla çıxış edərək, biri gümüş, digəri bürünc əyarlı olmaqla iki medal qazanıblar. Gümüş medalı ikinəfərlik qayıqla 2000 metr məsafəyə yürüş edən Nurlan Paşayev və Ziya Məmmədzadə  cütlüyü qazanıb. Bürünc medal isə bir nəfərlik qayıqla eyni məsafəyə yürüşdə üçüncü yeri tutan Azər İlyasovun aktivinə yazılıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin