Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sumqayıt teatrının sənət ənənələrinə həsr olunan filmin təqdimatı keçirilib

Sumqayıt Dövlət Dram Teatrının tarixi, zəngin sənət ənənələri və müasir fəaliyyətini əks etdirən “Müşahidə” adlı qısametrajlı film çəkilib. 

“Etalon” platforması tərəfindən ərsəyə gətirilən ekran işi uzun illər Sumqayıt teatrında fəaliyyət göstərmiş mərhum aktyor Yalçın Səlimovun xatirəsinə ithaf olunub. Filmin rejissoru və ssenari müəllifi Xəyalə Pircanova, operatoru Hüseyn Kərimov, operator assistenti isə Murad Cəbrayılovdur.

Mayın 5-də Sumqayıt teatrında filmin təqdimatı keçirilib. Filmi Sumqayıt teatrının tamaşaçıları, teatrın yaradıcı heyəti, sənət adamları və ictimaiyyət nümayəndələri izləyiblər.

Filmin nümayişindən sonra Sumqayıt Dövlət Dram Teatrı Yaradıcılıq şöbəsinin müdiri Xalq artisti Firudin Məhərrəmov çıxış edərək teatrın rəhbərliyi və kollektivi adından layihənin müəlliflərinə təşəkkürünü bildirib. 

Rejissor Xəyalə Pircanova ekran işinin ideyası, yaranma prosesi və əsas məramı haqqında ətraflı məlumat verib.

Best coffeeshop in Berlin