Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdo millimiz 9 medalla  Avropa Kubokunda üçüncü olub

Gürcüstanın Qori şəhərində kişi və qadın cüdoçular arasında Avropa Kuboku keçirilib.

ACF-dən verilən məlumata görə, turnirdə iştirak edən Azərbaycan millisi 9 (2-1-6) medalla ümumi komanda hesabında 18 ölkə arasında üçüncü yeri tutub. Ayrılıqda kişi komandamız isə ikinci olub. Turnirin ən maraqlı məqamlarından biri 66 kq çəki dərəcəsində Azərbaycan finalının baş tutması və eyni zamanda bu çəkidə cüdoçularımızin bir dəst (1-1-1) medal qazanması olub. Belə ki, 66 kq çəkidə bütün rəqiblərini məqlub edən İslam Rəhimov qızıl, onun finalda üstələdiyi komanda yoldaşı gümüş, eyni çəkidə tatamiyə çıxan Nazim İmranov isə bürünc medal qazanıb.

Digər medallara gəlincə, ikinci qızıl medal Əjdər Bağırovun (100 kq), qalan bürünclər isə Babarəhim Mirzəyev (60 kq),  Rüfət Şövlətov (73 kq), Elmar Qasımov (100 kq), Xəyyam Əliyev (90 kq) və Diana Tckayevin (48 kq) aktivinə yazılıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin