Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız AK-ya 8 medalla başlayıblar 

Mayın 16-da Polşanın Bielska-Biala şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kubokuna start verilib. Turnirin ilk günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, start günü tatamiyə çıxan cüdoçularımızdan 8-i daha yaxşı güləşərək mükafatçılar sırasında yer alıb. Qazanılan medallardan ikisi qızıl, ikisi gümüş, 4-ü isə bürünc əyarlı olub. 

ACF-dən verilən məlumata görə, qızıl medallar İbrahim Talıbov (55 kq) və Könül Eyvazlınin (48 kq) aktivinə yazılıb. Gümüş medalların sahibi yalnız həlledici finalda büdrəyən İlkin Qarayevlə (66 kq) Zəhra Quliyeva (40 kq) olub.

Bürünc medallar Nihad Ağayev (50 kq), Rza Xəlilli (55 kq), Mehman Əsgərov (60 kq) və Pərvin Sevxanlinin (44 kq) payına düşüb.

Bu nəticə ilə yiqmamiz ilk gündən sonra komanda hesabında birinci yerdə qərar tutub.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111