Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Nəsilləri birləşdirən ailə dəyərləri” adlı tədbir keçirilmişdir +FOTO=37

“Memarlıq və Şəhərsalma” ili çərçivəsində Ağcabədi rayon Bayraq Muzeyində Ağcabədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı və Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Nəsilləri birləşdirən ailə dəyərləri” adlı tədbir keçirilmişdir.

AZpress.AZ xəbər verir ki, tədbirdə əvvəlcə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov və Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon üzrə nümayəndəsi Rada Qafarova ailə institutunun cəmiyyət həyatındakı mühüm rolundan, milli-mənəvi dəyərlərin qorunub yaşadılmasının vacibliyindən, eləcə də nəsillərarası münasibətlərin möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs etmişlər. Çıxışlarda ailənin cəmiyyətin təməl dayağı olduğu xüsusi vurğulanmışdır.

Daha sonra tədbir iki panel sessiyası ilə davam etmişdir.
“Ailə modeli: dəyərlər, məsuliyyət və cəmiyyətin rolu” mövzusuna həsr olunmuş ilk panelin moderatoru Rada Qafarova olmuşdur. Paneldə Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı yanında Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Aygün Qasımova, Ağcabədi şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova, Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialının müdiri Elnur Həsənov və “Aran yolu” qəzetinin baş redaktoru Məhsəti Musa çıxış etmişlər.

Panel müzakirələri zamanı ailə dəyərlərinin qorunması, valideyn məsuliyyəti, gənclərin sağlam ailə modelinə hazırlanması, eləcə də cəmiyyətin bu istiqamətdə üzərinə düşən vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.

“Uzunömürlü ailələrin həyat təcrübəsi və gənclərə tövsiyələri” mövzusunda keçirilən ikinci paneldə isə nümunəvi və uzunömürlü ailələr öz həyat təcrübələrini, ailə bağlılığının və qarşılıqlı hörmətin əhəmiyyətini gənclərlə bölüşmüşlər. Səmimi mühitdə keçən panel iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbirin sonunda uzunömürlü ailələrin toy ildönümləri münasibətilə təşkilatçılar tərəfindən ailələrin xanımlarına gül dəstələri və xatirə hədiyyələri təqdim olunmuşdur.

Best coffeeshop in Berlin