Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xeyransa İsmayılova:

Əsrlərə söykənən qardaşlığın ƏBƏDİLİYİ

Bu gün türk xalqları həm müstəqil dövlətlər, həm də böyük muxtar respublikalar tərəfindən geniş şəkildə təmsil olunur. Türk dil ailəsinə mədəniyyət baxımından fərqli olan, lakin tanınan dil və tarixi kökləri qoruyub saxlayan çox sayda etnik qrup daxildir. Türk xalqları türk dillərində danışan və ortaq tarixi və mədəni köklərlə birləşən xalqların etnolinqvistik bir icmasıdır. Onlar Şərqi Sibir və Orta Asiyadan Yaxın Şərqə və Şərqi Avropaya yayılmışdır. Altay uzun müddətdir ki, bir çox Avrasiya dövlətlərinin tarixində mühüm rol oynamış türk tayfalarının mənşəyi hesab olunur. Əfsanəyə görə "Turan" müasir Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Əfqanıstanın şimal hissələri və Pakistanın şimalı da daxil olmaqla bölgələri əhatə edirdi. Bu ərazi təxminən bu gün Orta Asiya adlanan əraziyə uyğun gəlir. Türk xalqları Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi ölkələrdə üstünlük təşkil edir, Rusiyada isə əhalinin 10%-dən çoxunu təşkil edir.

"Turan" bir neçə mənaya malik tarixi və coğrafi termindir və əksər hallarda Orta Asiyadakı qədim bir bölgəyə və ya türk birliyi anlayışına aiddir. Daha sonra, 19-cu əsrdən başlayaraq, bu termin türk xalqlarının mədəni və siyasi birləşməsinin simvoluna çevrildi. Bu mənada "Turan" bütün türklərin mifik və ya tarixi vətənini ifadə edir. Türk dilləri eyni dil ailəsinə mənsubdur və oxşar qrammatika və lüğətə malikdir.Türk dili bir çox oxşar qohumluq prinsiplərini qoruyub saxlamışdır. Tarixən bütün bu xalqlar əfsanəvi Türk Xaqanlığını quran qədim tayfalardan törəyiblər.

Türklərin bir-birlərinə münasibəti tarix boyu çox dəyişmiş və bu, mövcud mədəni və sosial kontekstləri əks etdirmişdir.

Türk Dövlətləri Təşkilatı beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük əhəmiyyət verir. Bir çox dövlətlər Türk Dövlətləri Təşkilatına üzv olmaq arzusunu ifadə edərək, onun yüksək beynəlxalq mövqeyini nümayiş etdirib. Təsisçi dövlətlər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. 2019-cu ilin oktyabr ayında Bakıda keçirilən 7-ci Zirvə Görüşündə Özbəkistan Təşkilata tamhüquqlu üzv kimi qoşulub. Macarıstan və Şimali Kipr isə müşahidəçi statusuna malikdir.

"Türk qardaşları"nın məqsədi dərin iqtisadi, siyasi və mədəni inteqrasiya qurmaqdır. Avropa və Asiya arasında körpü kimi qlobal miqyasda mövqe tutan türk həmrəyliyi, təcili xilasetmə əməliyyatlarında və birgə infrastruktur layihələrində göründüyü kimi, qarşılıqlı yardımı təşviq edir. Azərbaycan və Türkiyə arasındakı misilsiz ittifaqın təsdiqi isə 2021-ci ildə imzalanmış tarixi Şuşa Bəyannaməsidir. Azərbaycan-Türkiyə qardaşlığı ortaq tarix, dil, mədəniyyət və qırılmaz bağlara əsaslanır. Bu münasibətlər Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi "Bir millət, iki dövlət" prinsipinə dayanır. Bu qardaşlıq münasibətləri bütün Türk dünyası üçün birlik modeli rolunu oynayır.

Türk ədəbiyyatının ustad yazıçılarından biri olan Ömər Seyfəddinin əsərlərində rast gəlinən ifadə kimi "Qorxma, sən türksən! Türklər heç vaxt, heç yerdə, heç vaxt heç nədən qorxmurlar".

Türk dövlətlərinin dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir.  Bu münasibətlər bundan sonra da çoxtərəfli formatda davamlı olaraq yüksələn xətt üzrə inkişaf edəcək.

Best coffeeshop in Berlin