Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Samokovda daha bir Avropa çempionatı 

Bu gün Bolqarıstanın Samokov şəhərində yenidən idman güləşi üzrə Avropa çempionatına start verilib. Xatırladaq ki, 17 yaşlıların (U-17) ardından 15 yaşlılar (U-15) mübarizəyə qatılıblar. Beş gün davam edəcək çempionatda ölkəmiz güləşin hər üç növündə (yunan-Roma, qadın güləşi və sərbəst güləş) təmsil olunacaq.

AGF-dən verilən məlumata görə, hər üç növdə komandamız tam heyətlə (10 çəkidə, 10 güləşçi) çıxış edəcək.

Yunan-Roma güləşi üzrə milliyə böyük məşqçi Taleh Məmmədov, məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı, qızlardan ibarət yığma komandaya böyük məşqçi Mariya Stadnik, məşqçilər Rövşən Umudovla Solmaz Adilova, sərbəst güləş üzrə U-15-ə isə böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev, Xaqan Süleymanov və Emin Əzizov rəhbərlik edir.

Yeri gəlmişkən, çempionatda daha üç həmyerlimiz həkimlik edəcək. Bu trioda beynəlxalq dərəcəli hakimlər Sevinc Yusibova və Şamil Fətəliyev, eləcə də milli kateqoriyalı Nihad Muradov yer alıb. Çempionata mayın 24-də yekun vurulacaq.

Xatırladaq ki, 11-17 may günlərində eyni məkanda 17 yaşlılar arasında analoji yarış keçirilib. Yunan-Roma güləşi üzrə U-17 yığma komandamız 6 (1-2-3) medal və 118 xalla komanda hesabında Avropada üçüncü, sərbəst güləş üzrə U-17-miz 7 (3-1-3) medal və 156 xalla ikinci olub. Qızlarımız isə çempionatı 2 bürünclə bitiriblər.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin