Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

 

Masallıda “Müstəqillikdən Zəfərə” mövzusunda tədbir təşkil olunub. 
28 May – Müstəqillik Gününə həsr olunan tədbir Heydər Əliyev Mərkəzində gerçəkləşib.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, ziyalılar və ictimaiyyət üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himnimiz səsləndirilib.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqı Şərqdə ilk demokratik və dünyəvi respublikanı quraraq müstəqillik idealını dünyaya nümayiş etdirib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində möhkəmlənən müstəqillik bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə daha da qüdrətlənib.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev isə çıxışında Azərbaycan Ordusunun qəhrəmanlığından danışıb. O, vurğulayıb ki, 30 illik torpaq həsrətinə son qoyan şanlı Ordumuz xalqımıza “Müstəqillikdən Zəfərə” yolunu yaşadıb və bu gün cəmiyyətdə hökm sürən ruh yüksəkliyi dövlətimizin gücünə olan inamın göstəricisidir.
Masallı Dövlət Regional Kollecinin tarix müəllimi Nazim Əliyev Azərbaycanın dövlət müstəqilliyinin tarixi əhəmiyyətindən bəhs edib. O, bildirib ki, bu gün Azərbaycanın müstəqilliyi daha bütöv və qürurludur, çünki Qarabağ, Şuşa və Xankəndi artıq azad Azərbaycanın ayrılmaz hissəsidir.

 

Akif AĞAYEV

Best coffeeshop in Berlin