Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş "Müstəqillik tariximizdə şəhərsalma və memarlıq: Heydər Əliyev ideyalarından müasir inkişafa doğru" mövzusunda elmi-praktik konfrans keçirilib.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki,  " 2026-cı il – Şəhərsalma və Memarlıq İli" çərçivəsində baş tutan tədbir iki hissədən ibarət təşkil olunub.
Proqramın birinci hissəsində Rayon İcra Hakimiyyətinin binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək gülqoyma mərasimi keçirilib, daha sonra isə Qəhrəmanlar Parkındakı "Əbədi Məşəl" abidəsi ziyarət olunub. Anım tədbirlərinin ardınca Qarabağ Muğam Mərkəzinin qarşısında rəsm, əl işləri və kitab sərgisinə baxış keçirilib.
Tədbirin ikinci hissəsi Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin sükutla yad edilməsi ilə başlayıb. Rəsmi açılışdan sonra Ağcabədi Rayon İcra Hakimiyyətinbaşçısının müavini  -Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Toğrul Bünyatov "Müstəqillik illərində Ağcabədinin sosial-iqtisadi yüksəlişi və şəhərsalma strategiyasında yeni hədəflər” mövzysunda məruzə ilə çıxış edib.
Sonra məruzə ətrafında çıxışlara başlanılıb."Aran yolu" qəzetinin baş redaktoru Məhsıti Ağayeva
 “Müstəqil Azərbaycanın quruculuq salnaməsinin mediada işıqlandırılması və memarlıq irsimizin təbliği” mövzusunda,  Hacıbədəlli kənd sakini, 2-ci dərəcəli “Əmək” ordenli pambıqçı fermer İsa Mürşüdov “Müstəqil Azərbaycanın iqtisadi qüdrətinin təməli: Ağcabədi pambıqçılarının dövlətçiliyimizə və tərəqqiyə töhfələri” mövzusunda, “N” saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Ucal Behbudov. “Müzəffər Azərbaycan Ordusu – dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin sarsılmaz qalası” mövzusunda, Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbinin direktoru Fərrux Rəhimli isə “Müasir şəhərsalma və memarlıq sahəsində peşə təhsilinin rolu: İxtisaslı kadr hazırlığı və yeni inkişaf hədəfləri” mövzusunda çıxış ediblər.
Sonda təkliflərin ümumiləşdirilməsi aparılaraq konfrans yekunlaşdırılıb.

Best coffeeshop in Berlin