Ağcabədidə su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olundu +FOTO=30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə hörmət əlaməti olaraq 5 İyun gününün su təsərrüfatı və meliorasiya gününün peşə bayramı kimi qeyd olunuması haqqında 14 may 2024-cü il tarixli Sərəncam imzalamışdır.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, bununla əlaqədar olaraq iyunun 5-də Ağcabədi rayonunda tədbir keçirilib. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Toğrul Bünyatov və Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Asəf Quliyev su təsərrüfatı və meliorasiya işçiləri günü münasibətilə müəssisənin kollektivini təbrik ediblər, onlara işlərində uğurlar arzulayıblar.
Öz işində səmərəli fəaliyyət göstərən bir qrup əməkdaş Ağcabədi Rayon İcra Hakimiyyəti başçsının və Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin Fəxri fərmanları, eləcə də Su Ehtiyatları Agentliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqının təşəkkürnamələri ilə təltif olunublar. Bundan sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsinin önünə çiçəklər düzərək dahi rəhbərin xatirəsini yad ediblər.
Öz növbəmizdə təbriklərə qoşulur, ömrünüz su kimi aydın olun, suyunuz daim gəlsin – deyirik. Peşə bayramınız mübarək!


